Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi qazilərinin ziyarət edilməsi davam edir.

21 noyabr 2020 | 02:08

Goranboy rayon icra hakimiyyətinin məsul şəxsləri digər qurumların rəhbər şəxsləri ilə birgə yaralanmış Vətən Müharibəsi iştirakçıları Səfikürd kənd sakini Əliyev Yasin Məftun oğlu, Tatarlı kənd sakini Babayev  Elməddin Şaməddinoğlu, Bağçakürd kənd sakini Məmmədov Taleh Tələt oğlu və Nizami kənd sakini Məmmədov Nicat Xaliq oğulunu evlərində ziyarət etdilər. Görüş zamanı qazilərimiz öz şərəfli döyüş xatirələrindən danışdılar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdə göstərdikləri xidtmətlərə görə qazilərimizə öz təşəkkürlərini bildirən qonaqlar, ailələrin problemləri ilə də maraqlandılar, dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi qayğıdan kənar qalmayacaqları bildirildi.

 

Keçidlər