Goranboy rayon Icra Hakimiyyətinin başçısı Tap Qaraqoyunlu kəndində oldu.
Goranboy rayon Icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə Goranboy rayonunun cəbhə bölgəsi olan Tap Qaraqoyunlu kəndində oldular. Burada düşmən atəşi nəticəsində zərər görmüş evlərə baxış keçirildi və kənd sakinləri ilə söhbət aparıldı. Görüş zamanı rayon Icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsində düşmən üzərindəki Tarixi qələbəsindən danışaraq kənd sakinlərini bu Böyük Qələbə münasibəti ilə təbrik etdi. Rayon icra hakimiyyətinin başçısı mülkləri düşmən atəşi nəticəsində kənd sakinlərinə dəymiş zərərin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılmış komissiya tərəfindən müəyyənləşdirildiyi barədə məlumat verdi.