“Goran-Cotton” MMC-nin pambıq emalı zavodunun problemi aradan qaldırılır.
Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonun Dəliməmmədli şəhərində yerləşən “Goran-Cotton” MMC-nin pambıq emalı zavodunda olmuşdur. İcra başçısı qəbul məntəqəsində pambığın qəbulu prossesini, emal edilməsini yaxından izləmişdir. Müəssisədə pambığın vaxtında və itkisiz yığımının təşkili, bu sahədə yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması ilə bağlı müvafiq tapşırılqlarını vermişdir.
2020-ci ilin məhsulu üçün rayonumuzda 93 fermerlə müqavilə bağlayaraq 446.3 hektar ərazidə pambıq əkilmişdir. Bu günə qədər 496.85 ton kondisiya çəkisində xam pambıq məhsulu yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilmişdir. Pambıq yığımında pambıq yığan maşınların çatışmazlığı müəyyən olunduğu üçün rayon icra hakimiyyətinin başçısı aidiyyəti üzrə mərkəzi icra orqanlarına əlavə pambıq yığan maşınların verilməsi üçün müraciət etdi.