Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda bol pambıq məhsulu gözlənilir

12 noyabr 2020 | 09:54

   Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy rayonunda fəaliyyət göstərən “MKT.İK” MMC-nin Goranboy filialında olmuş, pambıq yığımı və qəbulu prossesi ilə tanış olmuşdur.
Cari ildə “MKT.İK” MMC şirkəti rayonun 25 kəndində 330 nəfər fermerlə müqavilə bağlayaraq 1229.3 ha pabmıq əkilmişdir. Bu günə qədər 4183 ton 1-ci növ pambıq yığılaraq fermelrər tərəfində qəbul məntəqəsinə təhvil verilmişdir. Hər hektardan 34 sentiner kondisiya çəkisində xam pambıq istehsal olunmuşdur. Yığımın sonunda məhsludarlığı 34-35 sentiner olacağı gözlənilir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  rayonun Borsunlu kəndində fermer Namazov Vüsalın 14 hektarlıq pambıq sahəsində yığım prossesini izlədi, pambıq yığan maşının iş prisinipi ilə tanış oldu, pambığın itkisiz və vaxtında yığılması üçün öz tövsiyyələrini verdi.

 

Keçidlər