Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən Müharibəsində düşmən üzərində şanlı qələbəsi münasibəti ilə Goranboy rayonunda tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən Müharibəsində düşmən üzərində şanlı qələbəsi münasibəti ilə Goranboy rayonunda rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon mədəniyyət şöbəsinin təşkilatçılığı ilə, tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, şəhid ailələri, Qarabağ və Vətən Müharibəsinin döyüşçüləri, rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etdi.
Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, dahi Şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbələrindən danışan icra başçısı Qəhraman əsgərlərimizin Müqqədəs Bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdığını və bu gün artıq Şanlı Azərbaycan Bayrağının Şuşada, Qarabağda dalğalandığını qeyd etdi . Rayon ictimaiyyətini bu Böyük və Şanlı qələbə münasibəti ilə təbrik etdi.
Eşq Olsun Şanlı Ordumuza !
Eşq olsun Cənab Ali Baş Komandana !
Qarabağ Azərbaycandır !
Eşq olsun Qəhrəman goranboylulara !