Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirildi.

10 noyabr 2020 | 09:42

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, Goranboy rayonunda  tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri və ziyalıları iştirak etdi. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, dahi Şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək Dövlət Bayrağı Günü ilə bağlı, rayon ictimaiyyətinə  öz təbriklərini çatdırdı. Çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qələbələrindən danışan icra başçısı  Qəhraman əsgərlərimiz Müqqədəs  Bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdığını və bu gün artıq Şanlı Azərbaycan Bayrağının Şuşada, Qarabağda dalğalandığını qeyd etdi.
Sonda tədbir Dövlət Bayrağı Muzeyinə ekskursiya ilə başa çatdı.

 

Keçidlər