Goranboyda pambıq yığımı sürətlə davam etdirilir.
Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən“Azərpambıq” MMC-nin Goranboy pambıq qəbulu məntəqsində olmuşdur. İcra başçısı qəbul məntəqəsində pambığın qəbulu prossesini izləmiş, pambığın labarator analiz olunmasında yaxından iştirak etmişdir. Məhsulun vaxtında və itkisiz yığımının təşkili, bu sahədə yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması ilə bağlı müvafiq tapşırılqlarını vermişdir.
Goranboy rayonunda pambıq yığımı işləri sürətlə davam etdirilir və 06.11.2020-ci il tarixdə rayon üzrə 7081 ton kondisiya çəkisində xam pambıq məhsulu yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilmişdir.
. Məlumat üçün bildiririk ki, rayon ərazisində “Azərpambıq” MMC, “ MKT İstehsal Kommersiya” MMC və “Goran–Cotton” MMC tərəfindən, ümumilikdə cari məhsul ilində 2775,6 hektar sahədə pambıq becərilmişdir.