Koronavirusla mübarizədə birlik nümayişi
Əziz Qəhrəman Goranboylular!
Dünyamız ağır günlərini yaşayır. Doğma Goranboyumuz Azərbaycanımızın bir parçası kimi koronavirus pandemiyasının yaratdığı çətinliklərlə üz-üzədir. Dövlətimiz xəstəliyin yayıldığı ilk günlərindən lazım olan bütün qabaqlayıcı tədbirləri gördü, qarşıya qoyulan əsas məqsəd vətəndaşların sağlamlığı idi. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev, vətəndaşları bu çətin günlərdə birliyə, həmrəyliyə səslədi. Təbii ki, biz bütün çətinliklərin öhdəsindən ancaq həmrəy olmaqla, bir-birimizə dəstək olmaqla gələ bilərik.
Müzəffər ordumuzun 27 sentyabr 2020-cil tarixdən işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda müvəffəqiyyətli əks əməliyyatları davam edir. Məlumdur ki, müharibə şəraitində həkimlərimizin dəstəyinə ehtiyacımız daha çox olur. Özümüzü qorumaqla həm Şanlı Ordumuzu, həm də zəhmətkeş həkimilərimizi qorumuş olarıq.
COVİD-19 infeksiyası ilə birlikdə mübarizə aparmalı, sosial məsafə saxlamalı, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı və başqalarını da qaydalara əməl etməyə təşviq etməliyik.
Hər gün Şanlı Ordumuzun ön cəbhədən xoş xəbərlərini alırıq. Böyük inamla irəliləyir və torpaqlarımızı erməni terrorçularından təmizləyirlər. Bizlər isə birliyimizi nümayiş etdirərək arxa cəbhədəki borcumuzu yerinə yetirməli, COVİD-19 infeksiyanı vətənimizdən təmizləməliyik. Bununla Ordumuza, Vətənimizə dəstək nümayiş etdirmiş oluruq.
Eşq olsun Azərbaycan xalqına!
Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!