Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərində abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

03 noyabr 2020 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərinin Səməd Vurğun küçəsində sürətlə davam etdirilən abadlıq, quruculuq və  yenidənqurma  işləri ilə yerində tanış oldu. Küçənin işıqlandırma, telefon-rabitə və kanalizasiya  sistemləri və piyada səkiləri yenidən  qurulur, yaşayış evlərinin qarşısı abadlaşdırılır, yeni asfalt örtük salınır.  
  İcra başçısı bir qrup şəhər sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı.

 

Keçidlər