Goranboy rayonunda tütün yığımı başa çatdırılmış, yüksək nəticə əldə olunmuşdur.
01 noyabr 2020 | 16:00
Goranboy rayonunda cari məhsul ilində 8,0 hektar sahədə becərilən tütün bitkisinin yığım işləri başa çatdırılmış, 14,7 ton məhsul yığılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Məlumat üçün bildiririk ki, aqro-texniki hesablamalara əsasən, tütünün hər hektarından 1,5 ton olmaqla, ümumilikdə 12 ton quru məhsul nəzərdə tutulduğu halda 14,7 ton quru məhsul təhvil verilərək daha yüksək məhsuldarlıq əldə olunmuşdur.