Goranboy şəhərində abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
29 oktyabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə Goranboy şəhərində, mərkəzi bazarının yerləşdiyi İlham İsmayılov küçəsində sürətlə davam etdirilən abadlıq, quruculuq və yenidənqurma işləri ilə yerində tanış oldu. Küçənin işıqlandırma sistemi və piyada səkiləri yenidən qurulur, yaşayış evlərinin qarşısı abadlaşdırılır, yeni asfalt örtük salınır.
İcra başçısı mərkəzi bazarda da oldu, bir qrup şəhər sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı.