Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin müraciəti :

19 oktyabr 2020 | 16:00

Əziz və qəhrəman goranboylular!
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa  rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən  işğal olunmuş tarixi torpaqlarımızın  düşmən tapdağından azad edilməsi  və ərazi bütövlüyünün təmin olunması istiqamətində şərəfli və uğurlu əks döyüş əməliyyatları həyata keçirilir. Rayonumuzun  təmas xətti  zonasında yerləşməsi və bu səbəbdən ictimai fəallığın artması üzərimizə daha böyük məsuliyyət qoyur. 
Belə ki, bununla yanaşı ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasının yayılma hallarının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir.  Bu əməli tədbirlərin  müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması məcburidir.
Qeyd: Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərarına əsasən, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi, o cümlədən kütləvi iştirak qəti surətdə qadağan edilmişdir.
- Bütün goranboyluları Koronavirus pandemiyasından qorunmaq məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq.
- Özümüzü, ailəmizi və Qəhrəman Goranboylularımızı qoruyaq.!

Keçidlər