Goranboy rayonunda pambıq yığımı davam etdirilir.
16 oktyabr 2020 | 16:00
Goranboy rayonunda pambıq yığımı işləri davam etdirilir və 15.10.2020-ci il tarixdə rayon üzrə 2700 ton xam məhsul yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilmişdir.
Məlumat üçün bildiririk ki, rayon ərazisində “Azərpambıq” MMC, “ MKT İstehsal Kommersiya” MMC və “Goran–Cotton” MMC tərəfindən, ümumilikdə cari məhsul ilində 2775,6 hektar sahədə pambıq becərilmişdir.