Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdən “Tvitter”də növbəti paylaşım
13 oktyabr 2020 | 16:00
"Gəncə şəhəri bombardman edilmiş, mülki şəxslərə qarşı dəhşətli cinayət törədilmişdir. Bu, Ermənistan rəhbərliyinin həyata keçirdiyi faşizm siyasətinin növbəti təzahürüdür".
Bu fikirlər Prezident İlham Əliyevin "Tvitter" səhifəsində etdiyi paylaşımda yer alıb.
Prezidentin daha bir paylaşımı işğaldan azad olunan torpaqlardakı gələcək planlarla bağlı olub:
"Biz işğaldan azad olunmuş torpaqlarda şəhərlər quracağıq, həmin yerləri cənnətə çevirəcəyik. O torpaqlar canlanacaq, ora həyat, uşaqların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar".