Azərbaycan Ordusu Cəbrayılı azad etdi.
05 oktyabr 2020 | 10:20
Azərbaycan ordusunun şanlı əsgərləri bir neçə gündür davam edən uğurlu döyüş əməliyyatlarının nəticəsində cəbhənin cənub istiqamətində daha da irəliləyib və bu gün işğal altında olan Cəbrayıl şəhərini, habelə rayonun daha bir neçə kəndini azad edib.
Ali Baş Komandan cənab İlham Əliyev özünün Tvitter səhifəsində elan edib: “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.