Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmənin üç gün ərzində itkiləri: 2300-ə yaxın ölü və yaralı, S-300 sistemi, yüzlərlə döyüş texnikası…

30 sentyabr 2020 | 16:00

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 27-dən bəri üç gün ərzində Qarabağda gedən döyüşlərin gedişində düşmənin canlı qüvvə və hərbi texnika sarıdan itkilərini açıqlayıb.
Nazirliyin təqdim etdiyi məlumata görə, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb.İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir

 

Keçidlər