Goranboy şəhərinin daha bir küçəsi – M.F.Axundov küçəsi yenidən qurulur.
23 sentyabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhərinin M.F.Axundov küçəsində aparılan tikinti və yenidənqurma işləri ilə yerində tanış oldu. Ümumi uzunluğu 693 metr olan küçənin hər iki tərəfinə bardürlər düzülür, səkilər salınır, 22 ədəd müasir tipli işıq dirəklərinin quraşdırılması və təmir-bərpa işləri başa çatdıqdan sonra küçənin yenidən asfaltlaşdırılması nəzərdə tutulmuşdur.
İcra başçısı bir qrup şəhər sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı.