Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda ağsaqqal, ziyalı və ictimai fəallarından ibarət yaradılmış “İctimai Şura” nın ilk iclası keçirildi.

23 sentyabr 2020 | 08:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud problemlərin araşdırılmasında  və təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli  Qanununda mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün qurumların  nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçki nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdir.
Bu məqsədlə,  Goranboy rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərancamı ilə, rayonun ağsaqqal, ziyalı və ictimai fəallarından ibarət yaradılmış “İctimai Şura” nın  ilk iclası keçirildi.
Tədbirdə iştirak edən rayon ictimaiyyətinin fəalları dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud problemlərin, xüsusən də vətəndaş müraciətlərinin araşdırılmasında  və təkliflərin hazırlanmasında “İctimai Şura” nın fəaliyyətinin məqsədəmüvafiq olduğunu, idarəetmə və digər sahələrdə şəffaflıq və dürüstlüyün təmin olunması baxımından əhəmiyyətini vurğuladılar.

 

Keçidlər