Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Goranboy rayonunda daha bir məktəbin tikintisinə başlanılmışdır.
18 sentyabr 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Abbasqulular kəndində tikintisinə yeni başlanılmış modultipli məktəbdə olmuşlar. İcra başçısı və deputat burada aparılan tikinti işləri ilə yaxından tanış olmuş, iş icraçıları ilə görüşmüş, gələcəkdə məktəbin elektrik enerjisi, istilik sistemi və su təminatı ilə bağlı məsələlər birgə müzakirə edilmişdir.