Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon barədə dərc olunan yazılara münasibət bildirir.

15 sentyabr 2020 | 08:47

Bildirir ki, mövcud internet resurslarında yalançı və məkrli məqsədlərə xidmət edən bəzi internet saytları reallıqdan kənar və dəqiqləşdirilməmiş fikirləri yazmaqla, əslində rayon ictimaiyyəti arasında  düzgün istiqamətdə formalaşdırılmış müsbət ictimai fikri çaşdıra bilmirlər.
“Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?  “
başlıqlı dərc edlən yazıda, silsilə böhtan xarakterli yazılar yazan, İcra Hakimiyyətinin gördüyü işlərə kölgə salmağa çalışan və qanunsuz torpaq istifadəçiləri kimi tanınan, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev barədə qeyd olunanlara cavab olaraq bildiririk ki, həmin şəxslərin qanunazidd əməlləri ilə bağlı, rayon prokurorluğu və Polis şöbəsində  müvafiq cinayət işi üzrə araşdırma aparılmış  və bu işə məhkəmə orqanında baxılaraq, barələrində hüquqi cəza tədbirləri görülmüşdür.
Goranboy rayon İcra Hakimiyyəti, yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərini əldə rəhbər tutaraq, rayonda siyasi, iqtisadi  və mədəni həyatın bütün sahələrinə  aid dövlət siyasətinin və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin icrasını  təmin edir.
Möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə, rayonun sosial-iqtisadi inkişafı sahəsində işlər sürətlə davam etdirilir, dövlət tərəfindən ayrılan vəsait istiqaməti üzrə sərf olunur, mühim sosial əhəmiyyətli infrastruktur layihələr həyata keçirilir.
Bir daha bildiririk ki, saytlarda yerləşdirilən bu və digər bu kimi informasiyalar böhtanxarakterlidir, tam əsassızdır.

 

Keçidlər