Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında, Goranboy şəhər Olimpiya-İdman Kompleksinin tikinti işləri surətlə davam etdirilir.

11 sentyabr 2020 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranboy şəhər  Olimpiya-İdman Kompleksində aparılan tikinti işləri ilə yerində tanış oldu, burada tikinti işlərini həyata keçirən podratçı təşkilatın nümayəndələri ilə görüşdü.
İcra Başçısı  tikinti işlərinin surətlə və keyfiyyətlə aparılması, həmçinin kompleksin elektrik enerjisi, istilik təhcizatı, su və digər  infrastruktur təminatı ilə bağlı müzakirələr apardı, qeyd olunan məsələlərlə əlaqədar, aidiyyəti məsul şəxslərə tapşırıqlarını bildirdi.
Hazırda burada aparılan tikinti işlərinə 130 nəfər işçi qüvvəsi cəlb edilmişdir.

 

 

Keçidlər