Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerüstü piyada keçidinin açılışında iştirak etdi
09 sentyabr 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 sentybar 2020-ci il tarixdə Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etdi. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb. Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb.