Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Tatarlı kəndində şəhid Milli Qəhrəmanın evində oldu, kənd ağsaqqalları və ziyalıları ilə görüşdü.

31 avqust 2020 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tatarlı kəndində şəhid Milli Qəhrəman Sərxan Ocaqverdiyevin evində oldu, şəhidin anası Gülzar Ocaqverdiyeva, kənd ağsaqqalları və ziyalıları ilə görüşdü.
İcra başçısı kənd tam orta məktəbində Milli Qəhrəmanın adına bulağın tikilməsi, məktəbin su təminatının yaxşılaşdırılması, ümumilikdə, kənddə  suvarma və içməli su ilə bağlı problemlərin aradan qaldırılması məqsədi ilə görüləcək işləri müzakirə etdi. Bununla bağlı  aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verildi.

 

Keçidlər