Goranboy şəhərində abadlıq-quruculuq və yenidənqurma işləri davam etdirilir.
25 avqust 2020 | 16:00
Hazırda Goranboy şəhərinin Vidadi küçəsində abadlıq-quruculuq işləri aparılır. Küçəyə 1260 metr bardyür, 1800 kv.m səki və 30 ədəd yeni işıq dirəkləri quraşdırılacaqdır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətli görülməsi üçün aidiyyəti məsul şəxslərə tapşırıqlar verdi.
Goranboy rayon İcra Hakimiyyəti şəhər sakinlərindən xahiş edriki, şəhərin təmizliyinə, görülən işlərin qorunub saxlanılmasına daha da həssas yanaşsınlar.İctimaiyyət tərəfindən işlərin keyfiyyətinə nəzarət edilməsini rayon İcra Hakimiyyəti rayonumuzda aparılan ümumi işlərə mənəvi dəstək kimi dəyərləndirir.