Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü leysan yağışları Goranboy rayonunda təsərrüfatlara ziyan vurmuşdur.

24 avqust 2020 | 16:00

23 avqust 2020-ci il tarixdən yağan güclü leysan yağışın  nəticəsində yaranmış sel suları Goranboy rayonunun 5 yaşayış məntəqəsində təsərrüfatlara, o cümlədən 25 fərdi yaşayış evlərinə və 4 hektar pambıq, 27 hektar yonca və 60 hektar  şum - əkin sahələrinə ciddi ziyan vurmuş, 8 yaşayış məntəqəsində   3789 abonentə elektrik enerjisinin verlişində fasilələr yaranmışdır. Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının üzvləri yaranmış hadisə ilə bağlı, dərhal yerində olmuş, fəsadın aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Gün ərzində 8 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa edilmişdir.

 

Keçidlər