Goranboy şəhərində Şəhid Quliyev Şəmil Əli oğlunun adını daşıyan 1 saylı uşaq bağçası- körpələr evində yenidənqurma işləri davam etdirilir.
21 avqust 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon hüquq mühafizə orqanlarının və digər xidmət sahələrinin rəhbərləri və aidiyyəti məsul şəxslərlə birlikdə, Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə, Goranboy şəhəri 1 saylı uşaq bağçası- körpələr evində aparılan təmir-yenidənqurma işləri ilə yerində tanış oldu.
İcra Başçısı bağçanın elektrik, qaz və su təminatı və burada uşaqların əyləncəsi üçün istirahət güşəsinin, həmçinin bağçanın adını daşıyan şəhid Quliyev Şəmil Əli oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Xatirə bulağının tikilməsi ilə bağlı müzakirələr apardı, müvafiq tövsiyyələrini bildirdi.