Goranboyda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.
17 avqust 2020 | 06:12
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.