Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti goranboylulara müraciət edir: Əziz goranboylular!

13 avqust 2020 | 06:01

Goranboy rayon İcra Hakimiyyəti goranboylulara müraciət edir:
Əziz goranboylular!
Ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasının yayılma hallarının qarşısının alınması məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən bir neçə şəhər və rayonun, o cümlədən Goranboy rayonunun  sərtləşdirilmiş xüsusi karantin rejimi zonası elan edilməsi karantin rejimi qaydalarına  ciddi  əməl edilməsi baxımından hər birimizdən böyük məsuliyyət tələb edir.
Bildiyiniz kimi, Prezident cənab İlham Əliyevin  Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə, verdiyi  göstərişlər əsasında ölkədə bütün qüvvələr koronavirus təhlükəsinin qarşısının alınmasına səfərbər olunmuşur. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir.
Təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.
Yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılmış, maarifləndirici təbliğat işləri həyata keçirilmişdir.
Məlumat üçün bildiririk ki, aparılan monitorinqlər nəticəsində  12 avqust 2020-ci il tarixədək rayon ərazisində  xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə  685 protokol tərtib edilmiş, 16 inzibati qaydada həbs qəti imkan tədbiri görülmüşdür.
- Bütün goranboyluları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər