Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində "Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Goranboy rayonunun Abbasqulular kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 350000 manat vəsait, Goranboy rayonunun Gürzallar kəndində 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün isə 283000 manat vəsait ayrılmışdır.