Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Goranboy rayonunun inzibati rayon kimi yaradılmasından 90 il ötür.

08 avqust 2020 | 16:00

Goranboy artıq müasir, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl rayondur. Goranboyun qədim tarixi var, lakin inzibati rayon kimi Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə yaradılmışdır. 1938-ci ildə Goranboy rayonu Qasım İsmayılov adlandırılmış və ərazisində Şaumyan rayonu yaradılmışdır.  Azərbaycan Respublikası Ali sovetinin 1991-ci il 12 fevral tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır.  Hər kəsə məlumdur ki, Goranboy rayonu əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, 301 şəhid vermiş, 9 nəfər goranboylu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.  Qəhrəmanlar diyarı kimi tanınan rayon sərhəd bölgəsi kimi hər zaman düşmənə layiqli  cavab vermişdir. Ulu öndərimiz Goranboya, onun zəhmətkeş insanlarına xüsusi qayğı ilə yanaşırdı, rayonumuzun inkişafına çox böyük diqqət yetirirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev rayonumuza 3 dəfə səfər etmişdi. Goranboyun müasir bir rayon kimi formalaşması, inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. Hər bir goranboylu fəxr edir ki, ulu öndərimizin rayonumuza olan bu münasibəti bu gün cənab Prezident İlham Əliyev tərəfinizdən də uğurla davam etdirilir. Sonuncu dəfə cari ilin martın 3-də olmaqla möhtərəm  Prezidentimiz  Goranboy rayonuna  7  dəfə  səfər  etmiş, müxtəlif  təyinatlı    obyektlərin  açılışında  iştirak  etmiş və  bu  bölgənin  sosial-iqtisadi inkişafının  sürətləndirilməsinə  yönələn  22  sərəncam  imzalamışdır. Cənab Prezidentin rayonumuza hər gəlişi isə goranboylular üçün böyük bayrama çevrilir, rayonun inkişafında yeni mərhələ açır. Müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Goranboy rayonu da dinamik inkişaf dövrünü yaşayır. Ölkə başçısının rəhbərliyi, yüksək diqqət və qayğısı nəticəsində həyata keçirilən bu abadlıq, quruculuq və tikinti işləri, eyni zamanda uğurlu layihələr sakinlərimizə xoş ovqat və sakit həyat tərzi bəxş edib, rayonumuzun simasını tamamilə dəyişib. Fəxrlə demək olar ki, bugünkü Azərbaycan ümummilli liderimizin arzu etdiyi Azərbaycandır və Goranboy rayonu da bu gün ulu öndərin arzuladığı kimi, güllü – çiçəkli, işıqlı və abad bir rayona çevrilib. Bu gün rayonun kənd və qəsəbələrində sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılır, sərhəd kəndlərinə lazımi diqqət göstərilir, əhalinin mavi qaza, elektrik enerjisinə, su ilə təminatına, işsizliklə bağlı problemlərinin və digər məsələlərinin həlinə diqqətlə yanaşılır. Azərbaycanın son illərdəki sürətli inkişafını sərhədyanı bölgə kimi hər zaman cənab Prezidentin diqqəti və qayğısı ilə əhatə olunan və millət vəkili kimi təmsilçisi olduğum 96 saylı seçki dairəsinə daxil olan Goranboy rayonunun timsalında da aydın görmək olar.  
Sonda bütün goranboyluları, seçicilərimizi Goranboyun 90 illiyi münasibətilə ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, yeni qələbələr arzulayıram”.

Milli Məclisin deputatı Anar Məmmədov

Keçidlər