Goranboy rayon icra hakimiyyətində videoformatda müşavirə keçirildi.
07 avqust 2020 | 16:00
07.08.2020-ci il taixdə Goranboy rayon icra hakimiyyətində, İcra Başçısının birinci müavini Ceyhun Həsənovun, Aparatının məsul vəzifəli şəxslərinin və inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə videoformatda müşavirə keçirildi.
Müşavirədə, yerlərdə xüsusi karantin rejimi qaydalarına əməl edilməsi, vətəndaş müraciətlərinə baxılması, kənd təsərrüfatı işlərinin aparılması və növbəlilik əsasında əkin sahələrinin suvarma suyu ilə təmin olunması ilə bağlı məsələlər müzakirə edildi.