"Azərbaycan gəncliyi , milli vətənpərvərlik ruhu" mövzusunda online video konfrans keçirildi.
29 iyul 2020-ci il tarixində Goranboy rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Goranboy rayon nümayəndəliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon Şöbəsi, Təhsil Şöbəsi, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, rayon ərazisində fəaliyyət göstərən digər idarə, müəssisə, təşkilatların və gənclərin iştirakı ilə İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş, "Azərbaycan gəncliyi , milli vətənpərvərlik ruhu" mövzusunda online video konfrans keçirildi.