Ölkədə xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı, videoformatda müşavirə keçirildi.
Ölkədə koronavirus( covid-19) pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və elan edilmiş xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı, Azərbaycan Respublikası Maliyyə Naziri və Səhiyyə Nazirinin müavini, şəhər və rayon icra hakimiyyəti başçıları və digər aidiyyəti qurumların rəhbər və məsul şəxslərinin iştirakı ilə, 27 iyul 2020-ci il tarixdə videoformatda müşavirə keçirildi. Müşavirədə yerlərdə mövcud vəziyyət geniş təhlil edildi.
Goranboy rayonunda, xüsusi karantin rejimi dövründə cəmi 1 nəfər şəxsin karantin rejimi qaydalarını pozması faktının olduğu qeyd edildi. Bununla bağlı, rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və rayon Mərkəzi xəstəxanası - Publik Hüquqi Şəxs tərəfindən, birgə proflaktik və maarifləndirici tədbirlərin görülməsi tövsiyyə olundu.