Goranboyun Xan Qərvənd kəndində Şəhidlər Xatirə Kompleksi yenidən qurulur.
16 iyun 2022 | 11:32
Şəhidllərimizin xatirəsinin əbədiləşdirilməsi və ruhlarına ehtiram olaraq, Goranboy rayonu Xan Qərvənd kəndində vaxtı ilə inşa edilmiş Xatirə kompleksi rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin tövsiyyəsi və təşəbbüsü ilə yeni layihə əsasında müasir memarlıq üslubunda yenidən qurulur. İcra Başçısı rayonun digər rəhbər və aidiyyəti məsul şəxsləri, Şəhid ailələri, bir qrup yerli ağsaqqal və ziyalılarla birgə yenidənqurma və abadlıq-quruculuq işləri aparılan Kompleksdə oldu, görülən işlərlə bağlı bir daha ətraflı müzakirələr apardı.