Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayon İçməli Su və Kanalizasiya idarəsinin çirkab sularından təmizləyici qurğusunun yeləşdiyi ərazidə və Goran qəsəbəsində oldu.
09 sentyabr 2019 | 09:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə, 08 sentyabr 2019-cu il tarixdə rayon İçməli Su və Kanalizasiya idarəsinin çirkab sularından təmizləyici qurğusunun yerləşdiyi ərazidə və Goran qəsəbəsində oldu. İcra başçısı təbii fəlakət zamanı yaranmış sel suları nəticəsində içməli su təsərrüfatı və kanalizasiya qurğularına , həmçinin Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərinə dəymiş maddi və texniki ziyanın öyrənilməsi və aradan qaldırılması ilə bağlı aidiyyəti məsul şəxslərə zəruri tapşırıqlarını verdi.