Goranboy rayonunda "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunur.
30 may 2022 | 12:38
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” Goranboy rayonunda da uğurla icra olunur. Cari ildə rayonda 142 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olan kümçülərə paylanmış və ipəkqurdu toxumu artıq özünün sonuncu inkişaf mərhələsindədir. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər və aidiyyəti məsul şəxsləri ilə birgə Goranlı kəndində saxlanılan baramanın vəziyyəti ilə yerində tanış oldu.