Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

13 iyun 2022 | 10:59

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, o cümlədən çiyid və tütün əkini, baramanın tədarükü vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı, Goranboy şəhərində və Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işlərinin yekunlaşdırılması, “15 iyun-Milli Qurtuluş Günü” ilə bağlı silsilə tədbirlərin keçirilməsi və ümumrayon tədbirinin hazılanması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

Keçidlər