Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda tibb işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirildi.

18 iyun 2022 | 12:29

17 iyun -Tibb işçilərinin Peşə Bayramı ilə bağlı, Goranboy rayonunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının  müavini Mirvari Ağamalıyeva, YAP rayon təşkilatının sədri Elçin İsmayılov, YAP rayon fəalları, rayon Mərkəzi Xəstəxanası – Publik Hüquqi Şəxsin direktoru Rauf  Yahyayev  və tibb işçiləri iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir rayon Mərkəzi Xəstəxanasının akt zalında davam etdirildi.

Tədbirdə, rayonun tibb xidməti sahəsində fərqlənən bir qrup tibb işçilərinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

 

Keçidlər