Goranboy Rayon Mərkəzi Xəstəxanası
130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının ərazisi 4 hektardır. Tikintinin ümumi sahəsi isə 21 min kvadratmetrdən çoxdur. Cərrahiyyə, terapiya, pediatriya, fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada xaricdə istehsal olunan ən müasir tibbi avadanlıq quraşdırılıb. Bu tibb müəssisəsində şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr də fəaliyyət göstərir. Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsi yerləşir.