Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında.

30 iyun 2020 | 01:10

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyev  Respublikamızda ordu quruculuğunun 1-ci yerdə olduğunu bildirmişdir. Prezident çıxışında ölkəmizin müharibə şəraitində yaşadığını və belə olan halda ordu ilə bağlı bütün məsələlərin ən başlıca vəzifə olduğunu, xidmətin yüksək səviyyədə aparıldığını vurğulamışdır.
Bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulmuş, Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanmışdır.Eyni zamanda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunmuşdur.Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir.  Bunun üçün böyük vəsait tələb edilsədə 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcəkdir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılmış, fərqlənmiş hərbçilər mükafatlandırılmışdır.  Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar bildirmişlər ki, Azərbaycan Ordusu 50 ən güclü ordu sıralarındadır.
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edildiyindən hər şeyi öz hesabımıza əldə etmişik.
Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı.
Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun, Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha Azərbaycanın strateji üstünlüyə malik olduğunu  göstərir.
Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Sərəncam ilə 15 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır ki, gənclərimiz bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilsinlər.
Ordumuzun döyüş qabiliyyətinin artırılması şərtdir.Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir. Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım da geri atmayacağıq. İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.
Prezident cənab İlham Əliyev bildirmişdir ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur.Avropa Şurası, ATƏT Ermənistandakı diktatura rejiminə səssiz qalır. Ermənistan hökumətinin antidemokratik rejiminə qarşı, Avropa Şurası və ATƏT  səslərini çıxarmırlar Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Prinsip etibarilə əgər belə obyektiv təhlil aparsan, görərsən ki, orada inkişaf perspektivləri yoxdur. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter aldığı halda qaçaqmalçılıqla baş nazirin özü və onun ailəsi məşğuldur.
İndiki hakimiyyət Ermənilərin qəhrəmanlarının cinayətkar, onların prezidentlərinin rüşvətxor olduğunu açıb-tökdü. Artıq bütün dünya bunu bilir. 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi.

 

Keçidlər