Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisinin deputatı Anar Məmmədovun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə seçicilərinə təbriki

14 iyun 2020 | 03:20

Əziz seçicilər və hörmətli həmvətənlər!
Sizi qarşıdan gələn 15 iyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyət göstərdiyiniz sahələrdə davamlı uğurlar arzu edirəm.
27 ildir ki, xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli xahişi və tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən ümummilli liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləkindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.
Bu gün ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir.
Əziz seçicilər !
Bir daha hər birinizi Qurtuluşumuzun 27-ci ildönümü münasibətilə təbrik edir, xalqımıza və dövlətimizə əbədi müstəqillik və firavan günlər arzulayıram. 

Qurtuluş Bayramımız mübarək !

Keçidlər