Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətin başçısı Qaramusalı kəndində baramanın saxlanılma vəziyyəti ilə yerində tanış oldu.

03 iyun 2020 | 03:43

Goranboy rayonuna 1 may 2020-ci ildə 275 qutu (5225 qram), 5 may 2020-ci ildə isə 42 qutu (798 qram) ipəkqurdu toxumları verilmişdir. İkinci mərhələdə veilən toxumlar əsasən oyanmamışdır. Rayonda baramaçılığın ənənəsi var, təcrübəli kümçülər tərəfindən ipəkqurdu toxumlarına yüksək səviyyədə aqro-zootexniki qulluq işləri aparılmışdır. Buna baxmayaraq 21 may tarixdən etibarən qurdlar günbə-gün saralaraq tələf olmağa başlamışdır.
Goranboy rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev, adiyyəti məsul şəxslərlə birgə 01 iyun 2020-ci il tarixdə Qaramusalı kəndində kümxanada baramanın mövcud vəziyyətinə yerində baxış keçirdi. Burada da baramanın  4-cü yaş dövründən sonra inkişafdan dayandığı, kütləvi tələfolma hallarının baş verdiyi aşkar edilmişdir.

 

 

Keçidlər