Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda taxıl biçininə start verildi.

02 iyun 2020 | 11:59

Qaramusalı kəndində   01 iyun 2020-ci il tarixdə   30 hektar sahədə arpa biçini aparılmaqla, rayonda taxıl biçininə başlanıldı. Hər hektara görə orta məhsuldarlıq 35 sentner olmuşdur.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti şəxslərlə birgə taxıl zəmisində olmuş,  aparılan biçin işlərinə yerində baxış keçirmiş və bununla bağlı müvafiq tapşırıqlar vermişdir.
Ümumilikdə, rayonda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250 hektar sahədə buğda əkilmişdir. Cari məhsul ilində yüksək nəticə əldə olunacağı gözlənilir.

 

Keçidlər