Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250 hektar sahədə buğda əkilmişdir.

20 may 2020 | 10:01

Goranboy rayonunda cari təsərrüfat ilində 21052 hektar sahədə taxıl bitkisi, o cümlədən 12802 hektar sahədə arpa, 8250  hektar sahədə buğda əkilmişdir. Hazırda taxıl sahələrində sonuncu veqetasiya suvarma işləri yekunlaşdırılır. Artıq fermerlərimiz biçinə hazırlaşırlar. Biçin zamanı rayon ərazisində olan 48 ədəd kombayndan istifadə olunacağı nəzərdə tutulmuşdur. Bundan başqa kombayn çatışmazlığın olmaması məqsədi ilə, rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 60 ədəd kombaynın gətirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.

 

Keçidlər