Şriftin ölçüsü :

Saytın rəngi :

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədovun Müraciəti

03 aprel 2020 | 09:21

Əziz goranboylular!
İlk gündən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə, Prezident cənab İlham Əliyev əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzaladı, Nazirlər Kabneti yanında Operativ Qərargah yaradıldı.
Vəziyyətin ciddiliyini və baş verə biləcək geniş fəsadların qarşısının alınması məqsədi ilə, ölkədə xüsusi karantin rejimi elan olunub. Belə bir çətin zamanda hər biriniz ilk öncə özünüzün və yaxınlarınızın sağlamlığını düşünməlisiniz. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin də öz çıxışında dediyi kimi  " vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Biz də cənab Prezidentimizin bu çağırışına qoşulub indiki şəraitdə karantin rejiminin tələblərinə ciddi əməl etməklə  bu virusa qarşı  səmərəli mübarizə aparmalıyıq. Ona görə də zəruri ehtiyac olmadan evlərinizdən çıxmamağa çalışın. Əks halda, hər hansı məsuliyyətsiz hərəkət daha pis fəsadlara gətirib çıxara bilər. Mən də, ailə üzvlərim də, əziz goranboylular, Sizlər də Prezidenti cənab İlham Əliyev və Birinci vitse - prezident Mehriban xanım Əliyevanın tövsiyə etdiyi bütün qaydalara riayət etməklə  bu virusa qalib gəlməyə çalışmalıyıq. O baxımdan  həmrəy olub  vətəndaş kimi üzərimizə düşən məsuliyyətimizi dərk edib, təkcə özümüzün deyil, eyni zamanda ətrafımızdakı insanların da sağlamlığını və təhlükəsizliyini düşünək. Buna görə də hər kəsi mütləq şəkildə evdə qalıb, bütün tələblərə riayət etməyə çağırır, dövlətimizin apardığı böyük işlərə dəstək olmağa səsləyirəm. Bu  çətin günlərdə evdə qalın ki, gələcək xoş günləri birgə qarşılayaq.
Mən də bir millət vəkili olaraq, Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Operativ Qərargahla, rayon rəhbərliyi ilə müntəzəm mobil və onlayn əlaqə saxlayır, rayonumuzdakı mövcud vəziyyəti diqqətdə saxlamağa çalışıram.
Hörmətli goranboylular, əziz seçicilərim.
Daima sizin yanınızdayam. Çünki, Biz Birlikdə Güclüyük .

 

Keçidlər