Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı ilk müsabiqə keçirildi

26 noyabr 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin “ Rayonun məktəbəqədər təhsil müəssisələrində  uşaqların intellektual, fiziki və psixoloji inkişafının öyrənilməsi  məqsədi ilə müsabiqələrin keçirilməsi və bununla bağlı münsiflər heyətinin yaradılması” na dair sərəncamına uyğun olaraq, 26 noyabr 2019- cu il tarixdə rayonun Heydər Əliyev Mərkəzində ilk tədbir keçirildi. Tədbirdə uşaq bağçalarında uşaqlarla aparılmış intellektual,fiziki və psixoloji təlim-tərbiyə işi ilə bağlı əyani kompozisiyalar nümayiş etdirildi və münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Münsiflər heyəti və digər  tədbir iştirakçıları, belə tədbirlərin keçirilməsinin  rayonun ictimai- mədəni həyatında yenilik  olduğunu təqdirəlayiq hal kimi qiymətləndirərək  uşaq bağçalarının fəaliyyətlərində müsbət istiqamətdə  dəyişiliklər yaradacağını vurğuladılar.

 

Keçidlər