Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

01 avqust 2019 | 16:00

01 avqust 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. Şurada “2019-cu ilin birinci yarımilində rayonun sosial – iqtisadi inkişafı, kənd təsərrüfatı işlərinin gedişi vəziyyəti barədə” məsələ Şura üzvləri, idarə, təşkilat rəhbərləri  və ictimaiyyət fəalları qarşısında geniş müzakirə edildi. Rayonun qışa hazırlığının vəziyyəti, içməli su problemi, rayonun 6 yaşayış məntəqəsində təbii qazlaşmanın yekunlaşdırılması, elektrik təsərrüfatındakı problemlərin aradan qaldırılması, dağ kəndlərində olan sosial problemlərin həlli, ictimai işlərə cəlb olunma, musiqi məktəblərinin fəaliyyətinin təhlil edilməsi və yeni dərs ilinə hazırlıq ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ciddi tapşırıqlar verdi.
Yekunda möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cümhuriyyətin 100 illiyi” və “dövlət qulluğunda fərqlənmə” ilə bağlı Goranboy rayonundan medallarla təltif edilmiş şəxslərin, həmçinin rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Nofəl Köçərlinin 65 illik yubileyi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Fəxr Fərmanla mükafatlandırılma mərasimi keçirildi.

 

Keçidlər