Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda yerləşən "Region Aqro" MMC-yə məxsus Agroparkda taxıl biçininə start verildi; Məhsul bolluğu gözlənilir.

03 iyun 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 03 iyun  2019-cu il tarixdə aidiyyatı müəssisə rəhbərləri, "Region Aqro" MMC-nin rəhbərliyi və mütəxəssislərlə birlikdə Aqroparkın ərazisində taxıl biçininə baxış keçirdi. Cari ilin məhsulu üçün ərazidə 720 hektar toxumluq buğda, 679 hektar isə arpa yetişdirilmişdir Sahələrdən mütəxəssislərin rəyinə əsasən bol məhsul götürülməsi gözlənilir. Aqroparkda yetişdirilmiş taxıl sahəsinin biçilməsinə 2 ədəd John Deere markalı kombaynlar cəlb edilmişdir. Taxılın anbarlara daşınması ilə bağlı kifayət qədər texnika mövcuddur.

 

Keçidlər