Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində " Goranboyda abadlıq-quruculuq işləri davam edir " başlıqlı məqalə dərc edilib.

18 aprel 2022 | 16:00

 

Son illər Goranboyda aparılan abadlıq və yenidənqurma işləri rayon mərkəzinin simasını tamamilə dəyişmişdir. Şəhərdə yeni park və xiyabanlar salınmış, küçə və məhəllələrdə abadlıq işləri görülmüşdür. Bundan başqa, məhəllələrdə istirahət və əyləncə yerləri yaradılmışdır.Yazın gəlişi ilə küçələrin abadlaşdırılması və yaşıllığın salınması daha da genişləndirilmişdir. İndi rayon mərkəzində elə bir küçə tapmaq olmaz ki, orada yenidənqurma işləri aparılmasın. Hazırda şəhərin  Nizami küçəsində əsaslı  tikinti-quruculuq və abadlıq işləri aparılır. Küçəyə  səki daşları və bardürlər düzülür, gecə işıqlandırmasını təmin etmək üçün dayaqlar qurulur, asfalt döşənməsinə hazırlıq işləri görülür. Rayon rəhbərliyi tez-tez abadlıq işləri aparan inşaatçıların yanında olur,  işlərin keyfiyyətlə aparılması və digər küçələrdə görülməsi nəzərdə tutulan işlərlə  bağlı tapşırıq və tövsiyələrini verir.Ümumilikdə Goranboy şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış binalarının təmiri işləri ön plana çəkilmişdir. Qısa vaxt ərzində əksər küçələrə asfalt döşənərək abadlaşdırılmışdır. Şəhid ailələri və digər imtiyazlı ailələr üçün inşa edilmiş 16 mənzilli yaşayış binasında bütün mənzillərə kombi sistemi çəkilmişdir. Hazırda 4 qəzalı yaşayış binasının yerində inşa ediləcək yeni binaların layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda tikinti işlərinin başlanılması nəzərdə tutulur.İstər Birinci, istərsə də İkinci Qarabağ savaşlarında yüzlərlə goranboylu erməni işğalçılarının torpaqlarımızdan qovulmasında qəhrəmanlıq nümunəsi göstərmişdir. Hər bir şəhid goranboylunun xatirəsi bu gün rayonda ehtiramla yad edilir. Bu qəhrəmanların həyat yollarının gələcək nəsillərə çatdırılması üçün rayonda çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri Şəhidlər Xatirə Kompleksinin yaradılmasıdır. Hazırda  rayonda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Şəhidlər Xatirə Kompleksi yenidən qurulur. Yeni layihə əsasında inşa edilən kompleks yaxın günlərdə ziyarətçilərin ixtiyarına veriləcək.


Sabir ƏLİYEV,
"Azərbaycan"

Keçidlər