Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev 09 mart 2018-ci il tarixdə Veyisli kəndinin əhalisi ilə görüş keçirmişdir.
Görüşdə hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Kənd icra nümayəndəsi və bələdiyyə sədri görülmüş işlər və problemlər barədə məlumat vermiş, sonra sakinlərin onları narahat edən problemləri dinlənilmişdir. Pay torpaqlarının suvarılması üçün iki ədəd subartezian quyusunun qazılması, elektrik dayaq və xətlərinin düzəlməsi, həmçinin kənd uşaq baxçasının yenidən tikilməsi ilə bağlı səsləndirmişlər. Qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
Görüşdə əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə xidmət təşkilatlarının rəhbərlərinin məlumatları dinlənilmişdir.
|
|
|